"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı
Azərbaycan Respublikasının yubiley medalı / From Wikipedia, the free encyclopedia
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.[2]
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Statistika | |
Parametrlər | 95 mm 40 mm |
Təsis tarixi | 22 oktyabr 2019 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" yubiley medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi" yubiley medalı[1] |
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir.